Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro maliyyə yardımı ayırıb
dünya

Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro maliyyə yardımı ayırıb

25-11-2026 22:00 49 Views
IMG

Avropa İttifaqı Şurası 90 milyard avro həcmində kredit çərçivəsində Ukraynaya 2027-ci il üçün 45 milyard avro maliyyə yardımının ayrılmasını təsdiqləyib.

 

Bu barədə Aİ Şurasının birliyin rəsmi jurnalında dərc olunan qərarında bildirilib. Qeyd olunub ki, Ukraynaya maliyyə yardımı 2027-ci il ərzində təqdim ediləcək.

Xatırladaq ki, Macarıstanın Baş naziri Peter Magyar daha əvvəl ölkəsinin Ukraynaya ayrılması nəzərdə tutulan 45 milyard avroluq kreditdə iştirak etmək istəmədiyini açıqlamışdı.