Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Misirdə yanacaq tankerinin partlaması nəticəsində 21 nəfər ölüb
dünya

Misirdə yanacaq tankerinin partlaması nəticəsində 21 nəfər ölüb

25-11-2026 22:00 50 Views
IMG

Misirdə yanacaq daşıyan yük maşınının partlaması nəticəsində 21 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bu barədə “Egyptian Gazette” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, neft məhsulları və qaz balonları daşıyan yük maşını yoldan çıxaraq beton maneəyə çırpılıb və aşıb. Qəzanın ardınca ərazidə güclü yanğın baş verib.

Hadisə Giza vilayətinin Əl-Varak bölgəsində, 10 nömrəli tunelin üzərində yerləşən dairəvi yolda qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerinə 39 təcili tibbi yardım maşını cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.