Xiaomi elektrik avtomobillərini 2027-ci ildə Almaniya, İsveç, İspaniya və İtaliyada satışa çıxarmağı planlaşdırır.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, şirkətin prezidenti Lu Weibing bildirib ki, satışlardan əvvəl avtomobillər bu ölkələrdə sınaqdan keçiriləcək. Sınaqlar yeddi məkanda aparılacaq və nəqliyyat vasitələrinin müxtəlif şəraitdə, o cümlədən yüksək sürətdə fəaliyyəti yoxlanılacaq.
Xiaomi həmçinin 2027-ci il sentyabrın 7-12-də Münhendə keçiriləcək IAA Mobility sərgisində iştirak etməyi planlaşdırır.
Aysel Şirinova