Avropa İttifaqı Şurası 90 milyard avro həcmində kredit çərçivəsində Ukraynaya 2027-ci il üçün 45 milyard avro maliyyə yardımının ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının birliyin rəsmi jurnalında dərc olunan qərarında bildirilib. Qeyd olunub ki, Ukraynaya maliyyə yardımı 2027-ci il ərzində təqdim ediləcək.
Xatırladaq ki, Macarıstanın Baş naziri Peter Magyar daha əvvəl ölkəsinin Ukraynaya ayrılması nəzərdə tutulan 45 milyard avroluq kreditdə iştirak etmək istəmədiyini açıqlamışdı.