Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
sport

"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

24-11-2026 15:00 7 Views
IMG

İtaliyanın "Milan" klubu İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Endriki transfer etmək üçün rəsmi təklif irəli sürüb.

 

Tvit.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi braziliyalı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır.

 

"Rossoneri" 19 yaşlı hücumçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır.

 

Bununla belə, "Kral klubu"nun baş məşqçisi Joze Mourinyo Endrikin qış "transfer pəncərəsi"ndə komandadan ayrılmasına müsbət yanaşmır. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun əvəzlənməsinin çətin olacağını düşünür.

 

Yaxın vaxtlarda Endrikin agentlərinin Madridə gələrək futbolçunun gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir. Transferin reallaşıb-reallaşmayacağı ilə bağlı yekun qərarı isə futbolçunun özü verəcək.

 

Qeyd edək ki, Endrik 2024-cü ildə 60 milyon avro qarşılığında Braziliyanın "Palmeyras" klubundan "Real"a transfer olunub. Hücumçu cari mövsümdə Madrid təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və bir qola imza atıb. O, yeganə qolunu UEFA Çempionlar Liqasında "Roma"ya qarşı keçirilən və 4:3 hesabı ilə başa çatan matçda vurub.