Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Qəbələdə yolların təmirinə 926 min manat xərclənəcək
iqtisadiyyat

Qəbələdə yolların təmirinə 926 min manat xərclənəcək

16-11-2026 22:00 26 Views
IMG

Qəbələ Rayon İcra Hakimiyyəti şəhərin küçə, dalan, meydança və giriş yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

 

Tvit.az xəbər verir ki, satınalmanın qalibi “ATF” MMC seçilib.

 

Şirkətin təklifinin qiyməti 926 min 464 manat təşkil edib. Təmir işləri 2026-cı ildə büdcədənkənar vəsait hesabına həyata keçiriləcək.

 

Aysel Şirinova