Şimali Koreyanın İranın yeraltı
raket şəhərlərində yerləşdirilən raket buraxıcı qurğularının hazırlanmasına kömək etdiyi açıqlanıb.
Tvit.az xəbər verir ki, bu barədə “Erem News” nəşri məlumat yayıb.
Məlumata görə, İran hücum imkanlarını bərpa etmək və möhkəmləndirilmiş yeraltı raket bazalarının potensialını artırmaq məqsədilə Şimali Koreyanın təcrübəsindən yararlanır.
Şimali Koreya mütəxəssisləri iranlı texniki heyətlə əməkdaşlıq edərək raket buraxıcı qurğularının hazırlanması üçün müəyyən modifikasiyaların işlənib hazırlanmasında iştirak ediblər.
Nəşr qeyd edir ki, İran raket proqramının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə hələ tam nail ola bilməyib. Buna əsas səbəb qabaqcıl raket buraxılış platformalarının istehsalında yaranan çətinliklərdir.
Elmin Alışov