Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Regional Təhsil İdarəsində yeni təyinat
sosial

Regional Təhsil İdarəsində yeni təyinat

18-11-2026 19:00 37 Views
IMG

Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin edilib.

"Tvit.az" xəbər verir ki, Əsədov Ceyhun Mürsəl oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ceyhun Əsədov 2016-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Coğrafiya müəllimliyi ixtisası üzrə bitirib. O, yeni təyinata qədər Saatlı rayonu Qara Nuru kənd Rasim Səfərov adına tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.