Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək - Tarix açıqlandı
dünya

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək - Tarix açıqlandı

18-11-2026 17:00 43 Views
IMG

Avropa Komissiyası gələn həftə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim etməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə noyabrın 18-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

 

“Paralel olaraq, 22-ci sanksiyalar paketi üzərində iş davam edir. Paketi gələn həftə təqdim edəcəyik”, – deyə o, Avropa İttifaqının audiovizual xidmətinin saytında yayımlanan çıxışında qeyd edib.

 

Fon der Lyayen həmçinin bildirib ki, Avropa Komissiyası 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro maliyyə yardımının ayrılmasını təklif edir.

Onun sözlərinə görə, vəsaitin 20 milyard avrosu büdcə dəstəyinə, 25 milyard avrosu isə hərbi ehtiyacların qarşılanmasına yönəldiləcək.

Bildirilib ki, təklif olunan kredit 2027-ci ildə Ukraynanın gözlənilən maliyyə çatışmazlığının üçdəikisini ödəyəcək.

Avropa Komissiyasının sədri vurğulayıb ki, Ukrayna ayrılan vəsaiti yalnız Rusiya vurduğu zərəri kompensasiya etdikdən sonra geri qaytarmalı olacaq.

Fon der Lyayen əlavə edib ki, beş ildən sonra da Avropa birliyini qoruyub saxlayır və həm hərbi əməliyyatlar dövründə, həm də sülh şəraitində Ukraynaya dəstəyini davam etdirmək niyyətindədir.