Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezident Hüseyn Əliyevə yüksək vəzifə verdi
sosial

Prezident Hüseyn Əliyevə yüksək vəzifə verdi

23-06-2026 12:00 21 Views
IMG

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

 

Tvit.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir.

 

O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin müşaviri vəzifələrində çalışıb.

 

Bu müddətdə strateji planlaşdırma, layihələrin idarə olunması, daxili və xarici kommunikasiyaların qurulması, insan resurslarının inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərib. Hüseyn Əliyev 2019-cu ildən "Yüksəliş" müsabiqəsinin işçi qrupunun üzvü, 2022-ci ildən "CBC Sport" televiziya kanalının Müşahidə Şurasının üzvüdür.

 

O, 2026-cı ilin may ayından etibarən Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin sədri vəzifəsini də icra edir. Əmək fəaliyyətinə özəl sektorda başlayan Hüseyn Əliyev beynəlxalq və yerli şirkətlərdə 15 ildən çox rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, iki övladı var.