Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İraq Suriyanın İŞİD-lə əlaqəli 4 minə yaxın məhbusun təhvil verilməsi tələbini rədd edib
dünya

İraq Suriyanın İŞİD-lə əlaqəli 4 minə yaxın məhbusun təhvil verilməsi tələbini rədd edib

08-10-2026 21:00 16 Views
IMG

İraq hakimiyyəti Suriyanın ölkə həbsxanalarında saxlanılan və terror təşkilatı İŞİD-lə əlaqədə şübhəli bilinən bir neçə min məhbusun Dəməşqə təhvil verilməsi ilə bağlı müraciətini rədd edib.

 


Tvit.az xəbər verir ki, b barədə xarici media məlumat yayıb.

 

İraq Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Əbudinin sözlərinə görə, Suriya hökuməti İraqdan Suriya vətəndaşı olan təxminən 4 min məhbusun ölkəyə qaytarılmasını istəyib. Onun sözlərinə görə, həmin şəxslərin İŞİD-ə üzv olmaqda şübhəli bilindiyi üçün Bağdad müraciəti qəbul etməyib.
Əl-Əbudi bildirib ki, İŞİD-ə aid olmadığı sübuta yetirilən 50-yə yaxın suriyalı məhbus artıq ölkəsinə qaytarılıb. O əlavə edib ki, İraqda cinayət törətməkdə təqsirli bilinən şəxslər İraq qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısına çıxarılacaq.


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) fevralın ortalarında Suriyadakı həbsxanalardan təxminən 5,7 min İŞİD döyüşçüsünün İraqa köçürülməsi əməliyyatının başa çatdığını açıqlamışdı. Onlar Bağdadın qərbində yerləşən “Əl-Karx” xüsusi həbsxanasına yerləşdirilib.
İraq Ali Məhkəmə Şurasının beynəlxalq əməkdaşlıq mərkəzi bildirib ki, Suriyadan gətirilən İŞİD üzvlərinə kimyəvi silahdan istifadə və soyqırım da daxil olmaqla ittihamlar irəli sürülə bilər. Mərkəz vurğulayıb ki, saxlanılan şəxslərin mənşə ölkələrinə ekstradisiyası məsələsi İraqda aparılan istintaq başa çatana qədər müzakirə edilə bilməz.

 

Aysel