Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkədə vulkan püskürdü
dünya

Bu ölkədə vulkan püskürdü

08-10-2026 17:00 10 Views
IMG

Filippinin paytaxt Maniladan təxminən 50 kilometr cənubda yerləşən Taal vulkanı püskürüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, vulkanda 82 dəqiqə davam edən seysmik titrəyiş qeydə alınıb. Püskürmə 5 dəqiqə davam edib. Nəticədə yaranan tünd-boz kül buludu kraterdən 4 min metr hündürlüyə qalxıb.

 

Qeyd edək ki, bundan əvvəl Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri General-Santos şəhərindən 48 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

 

Sunami təhlükəsi elan olunmayıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

 

Aysel Şirinova