Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Avtobuslara və taksilərə maraq - metrodan - DAHA ÇOX OLUB
sosial

Avtobuslara və taksilərə maraq - metrodan - DAHA ÇOX OLUB

20-05-2026 20:00 23 Views
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 633 milyon 117 min nəfər sərnişin daşınıb.

 

"Tvit.az" FED.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, avtomobil nəqliyyatı ilə sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb. Belə ki, ötən ilin ilk dörd ayında avtomobil nəqliyyatı ilə 582 milyon 100 min nəfər sərnişin daşınmışdı.

 

Avtomobil nəqliyyatı ilə daşımaların artmasının əsas səbəbi avtobuslardan istifadənin çoxlaması olub. Bu ilin ilk dörd ayında avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb ki, bu da, illik müqayisədə 8,9% artım deməkdir.

 

Bu il taksidən istifadə edənlərin sayında da ciddi artım müşahidə olunub. Belə ki, taksi ilə sərnişin daşımaları 5,8% artaraq 27 milyon nəfərə yüksəlib.

 

Metrodan istifadə edənlər isə digər nəqliyyat vasitələrinə nisbətən daha az artıb. 4 ayda metro ilə daşınmış sərnişinlərin sayı 74 milyon nəfər olub ki, bu da, illik cəmi 0,9% artım deməkdir.

 

Bununla yanaşı, qeyd edək ki, avtobusla daşımalar üzrə göstəricilərin daha sürətlə artmasının daha bir səbəbi bu sahədə kartla ödənişlərin genişlənməsidir. Kartla ödənişlərin genişlənməsi taksi və avtobus daşımalarında gedişlərin daha çox rəsmiləşməsinə və «ağarma» proseslərinin baş verməsinə səbəb olub. Statistikadakı artımın daha bir səbəbir bu amildir.

 

Metro nəqliyyatında isə bütün ödənişlər indiyədək də rəsmiləşdiyinə görə, bu sahədə ciddi artım baş verməyib.