Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya Yaxın Şərqdəki münaqişənin həlli üçün vasitəçiliyə hazırdır
dünya

Rusiya Yaxın Şərqdəki münaqişənin həlli üçün vasitəçiliyə hazırdır

08-10-2026 14:00 12 Views
IMG

Rusiya Yaxın Şərqdə vəziyyətin qısa müddətdə sabitləşdirilməsinin və Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini qeyd edib. Bildirib ki, Rusiya beynəlxalq su yollarında sərbəst və fasiləsiz hərəkətin təmin olunmasında maraqlıdır. 


Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.


Zaxarovanın sözlərinə görə, mümkün razılaşmalar beynəlxalq hüquqa əsaslanmalı və münaqişədə iştirak edən bütün tərəflərin qanuni maraqlarını nəzərə almalıdır. O vurğulayıb ki, Moskvanın region ölkələri ilə etibarlı münasibətləri diplomatik həll yollarının axtarışına töhfə verə bilər.


Bununla yanaşı, Zaxarova regiondakı təhlükəsizlik böhranının ABŞ-nin hərəkətlərindən ayrı qiymətləndirilməsini düzgün hesab etmədiyini söyləyib. O, Vaşinqtonun faktiki olaraq dəniz blokadası tətbiq etdiyini iddia edib.
Diplomatın fikrincə, Yaxın Şərqdə davamlı sabitliyə nail olmaq üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır.


Xatırladaq ki, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin İranın zənginləşdirilmiş uranının Rusiya ərazisinə daşınması ilə bağlı təklifin qüvvədə qaldığını açıqlayıb. Putin bildirib ki, münaqişə tərəfləri bu addımın gərginliyi azaldacağı qənaətinə gələrsə, Moskva müvafiq tədbirlər görməyə hazırdır.

 

Aysel Şirinova