Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zaxarova: Aİ-nin Rusiya ilə qarşıdurması halında problemlər pisləşəcək
dünya

Zaxarova: Aİ-nin Rusiya ilə qarşıdurması halında problemlər pisləşəcək

08-10-2026 14:00 12 Views
IMG

Avropa İttifaqının Rusiya ilə qarşıdurması yalnız öz problemlərini deyil, həm də üzv dövlətlərin problemlərini daha da ağırlaşdıracaq. 


Tvit.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.


“Avropa İttifaqı əvvəlcə ABŞ-ın təzyiqi altında, sonra isə ətalətdən ölkəmizlə qarşıdurma yoluna qədəm qoyub. Bu yol onun təcili məsələlərini həll etməsinə imkan verməyəcək. Çünki bu yol Avropanın problemlərini daha da ağırlaşdıracaq”,- deyə sözçü vurğulayıb.


Elmin Alışov