Rafael qasırğası səbəbindən Kubada elektrik şəbəkəsi tamamilə kəsilib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəbəkə və istehsalçı şirkət Union Electrica X sosial şəbəkəsində məlumat verib.
Şirkət qeyd edib ki, hazırda fövqəladə hallar üzrə protokollar mövcuddur. Enerji işçiləri küləklərin saatda 60 kilometrə çatmasından sonra insidentlərin və nasazlıqların qarşısını almaq üçün elektrik paylayıcı sistemlərin bağlanacağı barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, ölkəni vuran qasırğanın küləyin sürəti saatda 180 kilometrə çatıb və nəticədə bir neçə hava limanı bağlanıb.
Elmin Alışov