Yüzlərlə insan Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçkilərdəki məğlubiyyəti barədə danışmasını dinləmək üçün Vaşinqtondakı Hovard Universitetinin qarşısında növbəyə düzülüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Agentliyin məlumatına görə, onların əksəriyyəti gənc qaradərili amerikalılar olub, bəziləri Harrisi dəstəkləmək üçün köynək geyinərək gəliblər. Qeyd olunur ki, toplaşanların hər biri Harrisin seçkilərdə məğlubiyyətinə görə kədərlənib.
Aysel Şirinova