“OpenAI” şirkətinin baş direktoru Sem Altman “Dev Day 2025” tədbirində bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı dünya üzrə 800 milyona çatıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici platformadan təkcə fərdi istifadəçilərin deyil, həm də şirkətlərin və proqram tərtibatçılarının geniş şəkildə yararlandığını göstərir.
Məlumata görə, Altman qeyd edib ki, bu artımın əsas səbəbləri arasında xüsusi GPT modellərinin istifadəyə açılması, API dəstəyi, tətbiqdaxili alətlər və GPT Store kimi yeniliklər dayanır. O, həmçinin GPT-4o bazasında çalışan ChatGPT-nin əvvəlkindən daha sürətli və səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.