"Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirir və ölkənin sədrliyinin yeni müddətə uzadılmasını alqışlayır".
Tvit.az "Report"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Bakıda AQEM-in 7-ci sammitində bildirib.
O, sədr ölkə kimi sammitə hərtərəfli hazırlığa və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib.
"İki illik sədrlik dövründə Azərbaycan qarşılıqlı əlaqəlilik, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və iqlim dəyişikliyinə davamlılığın artırılması sahələrində əməkdaşlığı irəli aparıb", - Van İ bildirib.
Onun sözlərinə görə, Pekin bu fəaliyyəti yüksək qiymətləndirir və Azərbaycanın sədrlik missiyasının davam etdirilməsini dəstəkləyir.
Çinin XİN rəhbəri əlavə edib ki, onun ölkəsi bundan sonra da AQEM-i fəal şəkildə dəstəkləməyə və təşkilatın işində aktiv iştirak etməyə hazırdır.