ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı dünya üzrə 800 milyona çatıb.
Tvit.az xəbər verir ki, bu barədə “OpenAI” şirkətinin baş direktoru Sem Altman “Dev Day 2025” tədbirində bildirib.
Göstərici ilə platformadan təkcə fərdi istifadəçilərin deyil, həm də şirkətlərin və proqram tərtibatçılarının geniş şəkildə yararlandığı məlum edilib.
Altman qeyd edib ki, bu artımın əsas səbəbləri arasında xüsusi GPT modellərinin istifadəyə açılması, API dəstəyi, tətbiqdaxili alətlər və GPT Store kimi yeniliklər dayanır.
O, həmçinin GPT-4o bazasında çalışan ChatGPT-nin əvvəlkindən daha sürətli və səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.
Aysel Şirinova