Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Xankəndi məktəbinin direktoru İŞDƏN ÇIXARILDI
turizm

Xankəndi məktəbinin direktoru İŞDƏN ÇIXARILDI

01-10-2025 18:00 62 Views
IMG

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

 

O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir.

 

"65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm", - deyə Cəmilə Əhmədova bildirib.

 

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.