Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu
turizm

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu

14-10-2026 15:00 21 Views
IMG

Abşeron rayonu, Masazır kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və ZiL markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Nihad Fərhad oğlu Məmmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.