Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
sosial

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

18-08-2025 15:00 16 Views
IMG

18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-dən bildirilib.