Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sərxoş halda törədilmiş cinayətlərin sayı məlum oldu
sosial

Sərxoş halda törədilmiş cinayətlərin sayı məlum oldu

14-08-2025 11:00 24 Baxış
IMG

Azərbaycanda 2024-cü ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı 168 olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ildə 193 olub.

Törədilən cinayətlərin 18-i ağır və xüsusilə ağır cinayətlərin, 5-i qəsdən adam öldürmə və öldürməyə cəhd, 20-si xuliqanlıq, 9-u ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin payına düşüb.