Azərbaycanda 2024-cü ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı 168 olub.
"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.
Bildirilib ki, bu göstərici 2023-cü ildə 193 olub.
Törədilən cinayətlərin 18-i ağır və xüsusilə ağır cinayətlərin, 5-i qəsdən adam öldürmə və öldürməyə cəhd, 20-si xuliqanlıq, 9-u ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin payına düşüb.