Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”
idman

"Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”

13-08-2025 21:00 29 Baxış
IMG

"Araz-Naxçıvan" "Omoniya" ilə səfər matçında istəyinə çatacaq.

 

Tvit.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib:

 

“Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin, gərgin olacaq, ancaq biz hazırıq".

 

O, rəqibi yaxşı tanıdığını bildirib:


"Rəqibə qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.

 

Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.