Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı - YENİLƏNİB
hadisə

Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı - YENİLƏNİB

20-07-2025 12:00 32 Baxış
IMG

Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.

Bu barədə "Tvit.az"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

XXX

10:45

Kürdəmir rayonu, Xırdapay kəndində "Naftalan" ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Tvit.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus "Naftalan" restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.

Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

XXX

10:11

Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.

Tvit.az" report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Naftalan” istirahət mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.

Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla 5 nəfər - Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıb.

Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.