Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Miqrantlar hökuməti məhkəməyə verdi
dünya

Miqrantlar hökuməti məhkəməyə verdi

19-10-2026 17:00 10 Baxış
IMG
ABŞ-də miqarantlar düşərgələrindəki qeyri-insani şəraitə qarşı məhkəmə iddiası qaldırıblar.
 
 
 

Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məlumata əsasən,  Texas ştatında yerləşən Fort-Bliss hərbi bazası yaxınlığındakı çadır düşərgəsində saxlanılan bir qrup qanunsuz miqrant qeyri-insani rəftar və ağır saxlanma şəraiti ilə bağlı məhkəməyə müraciət edib.

 

Müraciətdə düşərgədəki şəraitin təhlükəli və qeyri-insani olduğu bildirilir. İddiaçılar hazırda və gələcəkdə burada saxlanılacaq şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün məhkəmədən təcili tədbirlər görülməsini tələb edirlər.

 

Şikayət 43 nəfərin, o cümlədən düşərgədə hazırda saxlanılan və əvvəllər saxlanılmış şəxslərin, eləcə də burada həyatını itirənlərin yaxınlarının ifadələrinə əsaslanıb.

 

İddialara görə, miqrantlar antisanitar və həddindən artıq sıx məkanlarda saxlanılır, onların qida və gigiyena vasitələrinə çıxışı məhdudlaşdırılır. Mühafizəçilərin saxlanılan şəxsləri mütəmadi təhqir etdiyi və fiziki zorakılığa məruz qoyduğu da bildirilir.

Şikayətdə ürək-damar xəstəlikləri, vərəm və diabetdən əziyyət çəkən şəxslərin dərmanlarla vaxtında təmin olunmadığı vurğulanır. İddiaçıların sözlərinə görə, astma xəstəsi olan miqrantlardan birinə dərman verilməməsi onun ölümü ilə nəticələnib. Həmçinin tibb işçilərinin ölümün əsl səbəbini gizlətməyə çalışdığı iddia edilir. Bundan başqa, düşərgədə tibbi xidmətin sanitariya normalarına uyğun göstərilmədiyi, müayinələrin sıx dəhlizlərdə və ya gecə saatlarında aparıldığı qeyd olunur.

 

Zərərçəkənlər və onların ailə üzvləri məhkəmədən təhlükəsiz saxlanma şəraitinin təmin olunmasını, həmçinin dəymiş ziyana görə təzminat ödənilməsini tələb edirlər.