Rusiyanın Baş naziri Mixail Mişustin Tacikistanda İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşüb.
Tvit.az xəbər verir ki, Mişustin Moskva ilə Tehran arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsini prioritet istiqamətlər kimi qiymətləndirib.
O, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin müsbət nəticələr verdiyini bildirib və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Asiya-Sakit Okean regionu və Afrika bazarlarına birbaşa çıxış təmin edəcəyini vurğulayıb.
Aysel Şirinova