Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Gürcüstanın ən böyük ixrac tərəfdaşı bu ölkədir - Siyahıda Azərbaycan da var
dünya

Gürcüstanın ən böyük ixrac tərəfdaşı bu ölkədir - Siyahıda Azərbaycan da var

19-10-2026 17:00 14 Baxış
IMG
2026-cı ilin yanvar–sentyabr aylarında Qırğızıstan Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub. Azərbaycan isə 566,7 milyon ABŞ dolları həcmində göstərici ilə üçüncü yerdə qərarlaşıb.

 

Tvit.az Gürcüstanın Milli Statistika Xidmətinin məlumat istinadla bildirir ki, hesabat dövründə ölkənin Qırğızıstana ixracının həcmi 650,2 milyon ABŞ dolları təşkil edib.

 

İxrac tərəfdaşları arasında ikinci yeri 583,1 milyon dollarla Çin, üçüncü yeri isə 566,7 milyon dollarla Azərbaycan tutub.

 

Ümumilikdə, Gürcüstanın ixracının 67,8 faizi ölkənin on ən böyük ticarət tərəfdaşının payına düşüb.

 

İxrac olunan məhsulların strukturunda minik avtomobilləri ilk sırada yer alıb. Sonrakı yerlərdə neft məhsulları, qiymətli metal filizləri və konsentratları qərarlaşıb.

İdxala gəldikdə isə, Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub. Cari ilin doqquz ayında bu ölkədən idxalın dəyəri 2,19 milyard ABŞ dollarına çatıb.

İkinci yerdə 1,75 milyard dollarla Çin, üçüncü yerdə isə 1,72 milyard dollarla ABŞ qərarlaşıb.

Gürcüstanın ümumi idxalının 69,2 faizi on əsas təchizatçı ölkənin payına düşüb.