Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.
Tvit.az-ın məlumatına görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.