Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya mülki şəxslərinə hücumlarını qınadı
dünya

Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya mülki şəxslərinə hücumlarını qınadı

19-10-2026 22:00 24 Baxış
IMG

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə artan hücumları, o cümlədən Sankt-Peterburq yaxınlığındakı son hücumlar nəticəsində mülki şəxslər arasında itkilərin sayının artmasından dərin narahatlığını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi sözçüsü Stefan Dujarrik bildirib.

 

"Baş katib həmçinin Ukrayna silahlı qüvvələrinin Rusiya Federasiyası ərazisində artan hücumları, o cümlədən Sankt-Peterburq ərazisindəki son hücumlar nəticəsində mülki itkilərin sayının artmasından dərin narahatdır", - deyə qeyd edilib. 

 

BMT Baş katibinin nümayəndəsi əlavə edib ki, Mülki əhaliyə və mülki infrastrukturlara qarşı bütün hücumlar harada baş verməsindən asılı olmayaraq dayandırılmalıdır. Bunlar beynəlxalq humanitar hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır. 

Aysel Şirinova