Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Üç faydalı qazıntı yatağı hərraca çıxarılır
sosial

Üç faydalı qazıntı yatağı hərraca çıxarılır

16-07-2025 17:00 34 Baxış
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 7-də keçiriləcək.

"Tvit.az" xəbər verir ki, hərracda Oğuz rayonu “Muxas-Daşağılçay” (16 hektar), Balakən rayonu “Katexçay” (1,5 hektar) qum-çınqıl və Oğuz rayonu “Nic” (3,5 hektar) gil yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri iyulun 31-i saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə linkə keçid etməklə tanış olmaq olar.