Sistan və Bəluçistan əyalətində 10 sərhədçinin öldürülməsindən sonra SEPAH Zahidan şəhərinin yaxınlığında əməliyyat keçirib.
Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, əyalətin Kurin bölgəsində SEPAH qüvvələri iki motosikleti dronla hədəfə alıb.
PUA zərbəsi nəticəsində ən azı 4 nəfərin öldüyü bildirilib.
Elmin Alışov