Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Yaxın Şərqdəki terorçulardan özü xeyrinə istifadə edir
dünya

ABŞ Yaxın Şərqdəki terorçulardan özü xeyrinə istifadə edir

25-10-2024 23:00 63 Baxış
IMG

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki terrorçulardan öz xeyrinə istifadə edir. 

Tvit.az “Anadolu” agentliyinin verdiyi xəbərə istinadla bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi Amerikanın bölgədəki terror təşkilatlarından öz maraqları və İsrailin təhlükəsizliyi üçün istifadə etdiyi hamıya məlumdur ” deyən siyasətçi Vaşinqtonun Təl-Əvivə döyüş sursatı, avadanlıq və maliyyə yardımı verdiyini əlavə edib.

Bundan əvvəl Ərdoğan Qəzza zolağına və Livana edilən hücumların İsrailin “sionist terror təşkilatı” olduğunu göstərdiyini bildirib . Türkiyə lideri həmçinin qeyd edib ki, İsrail və İran arasındakı "gərgin vəziyyət" Yaxın Şərqdə regional münaqişənin "riskini artırıb".

Qeyd edilir ki, Türkiyə prezidenti İsrailin baş naziri Binyamin Netanyahunun da Adolf Hitler dayandırıldığı kimi dayandırılacağını bildirib . O, Ankaranın nəyin bahasına olursa olsun İsrail hökumətinə qarşı çıxacağını vurğulayıb .

Aysel