Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər KİV: Tramp öz “Tesla”sını satmağı planlaşdırır
digər

KİV: Tramp öz “Tesla”sını satmağı planlaşdırır

06-06-2025 18:00 20 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp qırmızı “Tesla”sını satmağı və ya onu başqasına hədiyyə etməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə “The Washington Post” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

 

Onların məlumatına görə, Amerika lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək olaraq alıb. Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı şayiələr Trampla Mask arasında fikir ayrılıqları fonunda yaranıb.