Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 84 əcnəbini ölkədən deportasiya ediblər.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, deportasiya olunanlar arasında Azərbaycan, Banqladeş, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Livan, Moldova, Nigeriya, Panama, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan, Türkiyə və digər ölkələrin vətəndaşları var.
Ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların üzərində axtarış aparılması prosedurlarını sadələşdirib.
Bildirilib ki, ilin əvvəlindən indiyədək Gürcüstandan 3 400-dən çox qanunsuz miqrant deportasiya olunub.