Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb - Rəsmi
sosial

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb - Rəsmi

21-10-2026 13:00 12 Baxış
IMG

"Azərbaycan məktəblərində "TikTok" platformasına və 200-dən çox zərərli kontentləri əks etdirən görüntülər də məhdudlaşdırılıb".

 

Tvit.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda qeyd edib.

 

"Həmin görüntülər, cinayət, narkotik, şiddət və s. məzmunları daşıyırdı. Amma təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir", - o deyib.