Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ: Ukraynaya münasibətdə mövqeyimiz dəyişməyib
dünya

ABŞ: Ukraynaya münasibətdə mövqeyimiz dəyişməyib

21-10-2026 12:00 13 Baxış
IMG

ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndərilməsini hələ təsdiqləmədiyi iddialarından sonra ABŞ-ın bu ölkəyə qarşı mövqeyinin dəyişməz qaldığını bildirib.


Tvit.az bu barədə “The Hill” qəzetinə istinadən xəbər verir.


“Əslində əvvəlki administrasiya dövründə o qədər yardım göstərilmişdi ki, sursat və silahlarımız qurtarmışdı. Donald Tramp indi bizə bu ehtiyatları doldurmağa imkan verir”,- deyə nazir əlavə edib.


Elmin Alışov