Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərəcək
dünya

Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərəcək

21-10-2026 12:00 11 Baxış
IMG
Rusiyadan ABŞ-a 40 min ton dizel yanacağı daşıyan ilk tankerin oktyabrın 22-də yola düşməsi planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk tankerin oktyabrın 22-də limandan çıxaraq ABŞ istiqamətində hərəkətə başlaması nəzərdə tutulur. Tankerin yük tutumu 40 min ton təşkil edir.

Aleksandr Novak qeyd edib ki, ABŞ-a növbəti dizel yanacağı partiyalarının da göndərilməsi planlaşdırılır.

“İki ölkə lideri arasında əldə olunmuş razılaşmaya əsasən, mövcud imkanlarımız çərçivəsində ABŞ-ın dizel yanacağına olan tələbatını qarşılamağa çalışacağıq”, – deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

 
 
Aysel Şirinova