Rusiya Qazaxıstanın ölkəyə girişlə bağlı tətbiq etməyi planlaşdırdığı yeni qaydalara Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mövcud razılaşmalar nəzərə alınmaqla aydınlıq gətirəcəyini gözləyir.
"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər Aİİ-yə üzv ölkələrin vətəndaşlarına da şamil olunur.
Qeyd edək ki, Qazaxıstan noyabrın 1-dən etibarən Rusiya da daxil olmaqla, vizasız rejim tətbiq edilən ölkələrin vətəndaşları üçün elektron giriş icazələrinin mərhələli şəkildə tətbiqinə başlamağı planlaşdırır.
İlkin mərhələdə elektron icazənin alınması tövsiyə xarakteri daşıyacaq. 2027-ci il iyulun 1-dən isə bu tələb şamil olunan şəxslər üçün elektron giriş icazəsinin alınması məcburi olacaq.
Aysel Şirinova