Qroznı ətrafında naməlum şəxslər Rusiya Qvardiyasının karvanına hücum edib, bir nəfər ölüb, bir nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.
"Qroznı ətrafında naməlum şəxslər hərbi karvana hücum edib. Atışma nəticəsində hərbçilərdən biri ölüb, ikincisi isə yaralanıb", - məlumatda deyilir.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona bütün lazımi köməklik göstərilib. "Hücum edənlərin axtarışı və tutulması üçün tədbirlər görülür", - Rusiya Milli Qvardiyası yekunlaşdırıb.
Aysel