Şimali Koreyadan Rusiyaya 3 min hərbçinin gəlməsi ilə bağlı ABŞ-da məlumat var.
Tvit.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
“Şimali Koreya Rusiyanın şərqinə ən azı üç min əsgər göndərib. "Bizim qiymətləndirməmiz budur ki, bu əsgərlər gəmi ilə Şimali Koreyadan Vladivostoka , daha sonra Rusiyanın şərqindəki müxtəlif təlim bölmələrinə gediblər", - Ağ Ev sözçüsü bildirib.
Eyni zamanda Kirbi aydınlaşdırıb ki, ABŞ-ın Rusiyada yerləşən Şimali Koreya hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi barədə məlumatı yoxdur.
Aysel Şirinova