Telegram-ın yaradıcısı Pavel Durov uğur qazanmaq istəyən gənclərə məsləhətlər verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Durov Telegram gəncləri heç vaxt spirtli içki qəbul etməməyə çağırıb.
"Böyük bir şey yaratmaq istəyən 20 yaşlı gənclərə bir məsləhət verməli olsaydım, bu olardı: Heç vaxt spirt içməyin", - deyə Durov bildirib.
Onun sözlərinə görə, spirt istehlakdan sonra bir neçə gün zehni və intuisiyanı zədələyir.
"Əgər qeyri-adi bir şeyə nail olmaq istəyirsinizsə, zehninizi və bədəninizi sağlam saxlasanız, şansınızı artıracaqsınız", - deyə o, bildirib.
Aysel Şirinova