Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatda (SVO) itkilərdən təəssüflənir , lakin onun haqlı olduğuna inanır.
Tvit.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bildirib.
“Bu münaqişədə müxtəlif vəziyyətlər var, bəziləri hücum edir, bəziləri müdafiə edir. Hər iki tərəf ağır itkilər verir. Putin buna təəssüflənir, ya yox? Təbii ki, peşmandır, o, canlı insandır”,- deyib.
Eyni zamanda Belarus lideri vurğulayıb ki, Rusiya prezidenti onun haqlı olduğuna qəti inanır. Lukaşenko əlavə edib ki, Putin Qərbə Ukraynadakı münaqişənin həlli variantını təklif edib, ona heç bir cavab verilməyib.
Aysel