İranın Ciroft, Qum, İsfahan və Məlayir şəhərlərinin həbsxanalarında daha 10 məhbus dar ağacından asılıb.
Tvit.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı - HRANA məlumat yayıb.
Bildirilib ki, məhbusların 8-i “qəsdən adam öldürmək”də, digər ikisi isə “narkotik qaçaqmalçılığı”nda günahlandırılıb.
Zahidanda ölüm hökmünə məhkum edilən bir məhbusun isə edam cəzasından azad edildiyi açıqlanıb.
Elmin Alışov