Bu gün İran prezidenti Məsud Pezeşkian Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammiti çərçivəsində Rusiya, Çin, Cənubi Afrika və bir sıra ölkələrin prezidentləri ilə görüşəcək.
Tvit.Az xəbər verir ki, bununla bağlı dünən İranın xarici işlər naziri Abbas Əraqçı açıqlama verib.
Onun sözlərinə görə, BRICS tədricən yeni qlobal qütbə çevrilir, eləcə də BRICS-ə üzv ölkələr dünyanı Qərb inhisarından xilas etmək üçün mexanizmlər və üsullar hazırlayırlar.
Elmin Alışov