Marsdakı buz qapaqlarının altında həyatı dəstəkləyə biləcək ərimiş su hovuzları ola bilər.
Tvit.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Araşdırmalara görə, günəş işığı planetin tozlu buz təbəqələrinin altına nüfuz edərək fotosintez üçün əlverişli şərait yarada bilir.
Bu ərimiş su cibləri, çox güman ki, Yerdəki kriyokonit dəliklərinə bənzər Marsın tropik bölgələrində tapıla bilər.
Elmin Alışov