Türkiyənin BRİKS ölkələri ilə əməkdaşlıq etmək hüququ var ki, bu, ölkənin NATO- ya üzvlüyünün prinsiplərinə zidd deyil.
Tvit.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib.
“Əlbəttə, biz NATO-da 32 demokratik ölkəyik, təbii ki, həmişə bu və ya digər mövzuda müzakirələr olacaq. Amma biz bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRICS tərəfdaşları istiqamətində işləyir, onların bunu etmək hüququ var”, - baş katib bildirib.
O vurğulayıb ki, Ankaranın BRİKS ilə əməkdaşlığı alyans ölkələri arasında suallar yarada bilər, lakin onların bu amili dəyərləndirməsi Türkiyənin NATO ilə əlaqələrinin əhəmiyyətinə təsir etməyəcək.
Aysel Şirinova