"Samsung” premium qatlanan smartfonların istehsalına diqqət yetirəcək.
Tvit.az xəbər verir ki, bu barədə SamMobile məlumat yayıb.
Məlumata əsasən, Koreya İT nəhəngi ucuz qatlana bilən cihazı buraxmaqda maraqlı deyil.
Bildirilib ki, Samsung-un qatlanan smartfonlar bazarında liderliyi davam etdirməyin iki yolu var - ya öldürücü xüsusiyyətlərə malik bahalı qadcetlər buraxmaqla, ya da kompromis qurğular istehsal etmək.
Şirkətin “populyarlaşdırdığı smartfon seqmentində məğlub olmaq” riski daşıdığı vurğulanıb.
Aysel Şirinova